Nida Xəbər
Erməni diversantlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər - KOMİSSİYA
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan
azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik.
Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ.
Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların
dəyişdirilməsi məsələsinə baxıla bilər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm
Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz
ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri
tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov
isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq
Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və
Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı
ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan
məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə ötən ilin
fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin
əlinə düşüb.
Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və
Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
(apa)
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək