Bu kampaniyanın arxasındakılar Azərbayacana düşmən mövqedə dayananlardır - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Bu kampaniyanın arxasındakılar Azərbayacana düşmən mövqedə dayananlardır - DEPUTAT

“Azərbaycanda keçiriləck seçki ilə bağlı yaradılan petisiya ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribat xarakterli fəaliyyətinin göstəricisidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiyaya münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda aprelin 11-ə təyin edilən seçki qərarı Konstitusiyaya tam uyğundur:

“Dəfələrlə mətbuatda seçkilərin önə çəkilməsinin səbəbləri izah edilib. Bu vaxtı dəyişmək isə Konstitusiyanın Prezidentə verdiyi səlahiyyətdir. Bir neçə gün əvvəl İtaliyanın Milan şəhərində keçirilən məhkəmədə Luka Volonteyə qarşı iddiaların saxta olduğu haqda qərar bir neçə ilə əvvəl ermənipərəst qüvvələrin Azərbaycana qarşı şər-böhtan xarakterli iddiaları alt-üst etdi. Bu, bir daha göstərir ki, ermənipərəst qüvvələr Azərbaycanın dünyada gündən-günə artan gücünə, diplomatiyasına qarşı həyata keçirdiyi addımların ifşa edildiyini göstərir. Ermənipərəst qüvvələr Azərbaycanın əldə etdiyi uğurları qəbul etmir, buna görə də hər dəfə növbəti bir hücum və böhtanlara əl atırlar. Buna baxmayaraq Azərbaycan öz yolunu gedir, çünki bizim öz yolumuz, qanunvericiliymiz var. Biz heç bir ölkənin daxili işinə qarışmırıq və heç bir ölkənin də Azərbaycanın daxili məsələlərinə qarışmağa haqqı yoxdur. Çünki biz müstəqil dövlətik, hər hansı dövlətin əyaləti deyilik. Hüquqi dövlətik və qanunlarımızın imkan verdiyi qaydalara uyğun qərarlar veririk. Aprel ayında keçiriləcək seçkilər də qanunun prinsiplərinə uyğun olan qərardır”.

M.İbrahimqızı vurğulayıb ki, öz ölkəsinə qarşı qarayaxma kampaniyasını Azərbayacana düşmən mövqedə dayananlar edə bilər.

“Azərbaycanın Konstitusiyası və zəngin milli qanunvericiliyi var. Dünyanın bütün inkişaf etmiş ölkələrində seçki irəli çəkilir və ya ərtələnir. Azərbaycan da müstəqil dövlətdir və öz qnaunları ilə idarə edilir”, - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən www.ipetition.com saytında Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılıb. Petisiyanın müəllifi Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi”nin sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm