İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Bizi izləyin

Nida Xəbər

İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”

Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.

Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır”, - deyən Liberman erməni deputatlara sərt reaksiya verib.

Qeyd edək ki, İsrail parlamentinin (Knesset) qondarma “erməni soyqırımı”nı tanımaması da Ermənistan nümayəndə heyətinin arzusunu gözündə qoyub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm