MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"
Bizi izləyin

Nida Xəbər

MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

"Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir".

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm