Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçildi - - FOTO
Bizi izləyin

Nida Xəbər

Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçildi - - FOTO

Fevralın 16-da Azərbaycan Dostları Assosiasiyasının İcra Şurası Fransanın Udan şəhərində növbəti iclasını keçirib.

Assosiasiyadan Publika.az-a verilən məlumata görə, iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə idarə olunub.

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib. Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, vitse prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist Jan Pyer Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə seçilib.

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələrinin müzakirəsinə başlanılıb. Jan–Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.

Daha sonra Udan şəhərinin meri, ADA -nın üzvü, Jan-Mari Tetar Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə məlumat verib. ADA deleqasiyası şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm