Seçici siyahıları martın 3-dək tam tərtib olunacaq
Bizi izləyin

Nida Xəbər

Seçici siyahıları martın 3-dək tam tərtib olunacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlanır.

O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: “Seçici siyahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: “Ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm