Vüsalə Mahirqızı və Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunda - FOTO
Bizi izləyin

Nida Xəbər

Vüsalə Mahirqızı və Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunda - FOTO

Bu gün “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” media qrupunun qonağı olub.

Publika.az xəbər verir ki, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Gündəlik Teleqraf” Media qrupunun rəhbəri Aynur Camalqızı və Media qrupunun əməkdaşları tərəfindən hərarətlə qarşılanıb.

Qonaqlar ilk olaraq “Gündəlik Teleqraf” Media qrupunun binası və iş sistemi ilə tanış olub.

Media kapitanları daha sonra işgüzar müzakirələr aparıblar. Görüşdə ölkə mediasının problemləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Problemlərlə bağlı ortaq və koordinasiyalı çalışmaların bundan sonra da davam etdirilməsi qərar alınıb.

Qonaqlar həmçinin, “Gündəlik Teleqraf” Media Qrupuna daxil olan - Publika.az, Teleqraf.com, Axar.az saytlarının əməkdaşları ilə də görüşüblər.

Daha sonra “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistlərin suallarını cavablandırıblar.

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm