DGK sədrinin müavini Pustovitovu qəbul etdi
Bizi izləyin

Nida Xəbər

DGK sədrinin müavini Pustovitovu qəbul etdi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin direktoru Pustovitov Qriqoriy Borisoviçlə görüşüb.

Bu barədə Publika.az-a DGK-dan məlumat verilib.

Ş.Bağırov Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi (CARICC) ilə Azərbaycan Gömrük Xidməti arasında uzunmüddətli səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının transmilli qanunsuz dövriyyəsi ilə əlaqədar mübarizənin əlaqələndirilməsi, səlahiyyətli milli orqanlar arasında məlumat mübadilə sisteminin aparılması və müasir tələblərə uyğun təşkilinin əhəmiyyətini qeyd edən DGK sədrinin müavini yeni psixoaktiv maddələrin qanunsuz dövriyyəsinin qanunvericilik səviyyəsində tənzimlənməsinin unifikasiyası və narkotiklərlə mübarizənin digər sahələrində qarşılıqlı işgüzar münasibətlərin ümumi işə faydasını vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Mərkəzi Asiya Regional İnformasiya Əlqaələndirmə Mərkəzinin direktoru Qriqoriy Pustovitov CARICC ilə Azərbaycan Gömrük Xidməti arasında bütün sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib və təmsil etdiyi qurumun transmilli qanunsuz narkotiklərin dövriyyəsi ilə mübarizə sahəsində gömrük əməkdaşlarının potensialının gücləndirilməsi istiqamətində bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Mərkəzin direktoru CARICC çərçivəsində həyata keçirilən işlər, yeni üzvlər barədə məlumat verib.

Komitə sədrinin müavini CARICC sıralarına yeni üzvlərin qoşulmasını təşkilatın coğrafiyasının genişlənməsi ilə yanaşı, regional səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə baxımından əməliyyat potensialının gücləndirilməsinə də mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm