Nida Xəbər
Rusiya prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşdü
Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə idarələrinin rəhbərləri ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytı məlumat yayıb.
Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb
Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərini qeyd edib:
"Sizin, bir rütbə gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.
Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA