Bunu edənlər əfvə düşür - Siyavuş Novruzov
Bizi izləyin

Nida Xəbər

Bunu edənlər əfvə düşür - Siyavuş Novruzov

“Prezident İlham Əliyevin vəkillər, cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı fərmanı ictimaiyyət tərəfindən müsbət qarşılandı”.

Publika.az-ın xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat xatırladıb ki, nümayəndəlik institutu ləğv edilən zaman çoxları narahat idi: “Biz gördük ki, cənab prezident insanların hüquqları ilə bağlı problemləri həll etdi. Bu çox müsbət addımdır.

Qeyd edim ki, prezidentin təkcə fevralda imzaladığı fərmanla 1500 nəfərin cəzası yüngülləşdirilir və cəzasının çəkmədiyi hissədən azad edilməsi prosesinə başlanılır. Bu, özü əslində əfvdir”.

S.Novruzov qeyd edib ki, son illər ölkədə çoxlu sayda əfv və Amnistiya aktı qəbul edilib və bunun nəticəsində kifayət qədər insan azadlığa buraxılıb.

Bizim keçmiş həmkarımız, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edilib.

Deputat bununla yanaşı deyib ki, bəzi media orqanları bütün bu tədbirləri tamam başqa cür işıqlandırmağa çalışır:

“YAP-ın mövqeyi belədir ki, 1993-cü ildən bu yana ölkədə siyasi fəaliyyətinə görə heç kəs həbs edilməyib. Hər bir kəs üzvü olduğu partiyadan asılı olmayaraq törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunub.

Bəzən görürsünüz ki, mənim adımdan müxtəlif səpkili başlıqlar verilir. Mən bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Törətdiyi cinayətə görə həbs edilən şəxslər var. Bu şəxslərdən də kimsə səhvindən və törətdiyi cinayət əməlindən peşman olursa əfvə düşür. Azərbaycan hüququ dövlətdir və burada qanunun aliliyi hər şeydən üstündür”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm