Ermənistan Ayaz Mütəllibovu beynəlxalq axtarışa verə bilər
Bizi izləyin

Nida Xəbər

Ermənistan Ayaz Mütəllibovu beynəlxalq axtarışa verə bilər

Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini təklif edib.

Publika.az xəbər verir ki, bu haqda “İravunk” qəzeti yazıb.

Qriqoryanı belə təkliflə çıxış etməsinə səbəb Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı səbəb olub.

“Mən sadəcə təəccüblənirəm ki, niyə bu 30 il ərzində biz Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri Şahin Tağıyevi beynəlxalq axtarışa verməmişik. O, Azərbaycanın birinci Milli Qəhrəmanı oldu. Bu gün o, İsveçdə rahat yaşayır. Mən dəfələrlə söyləmişəm ki, o, həbsxanada olmalıdır”.

Onun sözlərinə görə, 1990-cı ildə Bakıda qarışıqlıqlar zamanı Azərbaycanın baş naziri olan Ayaz Mütəllibovu da beynəlxalq axtarışa vermək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm