Azərbaycanla Türkiyə arasında saziş təsdiqləndi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Türkiyə arasında saziş təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqa qanun layihəsi müzakirə olunub.

Publika.az-ın xəbərinə görə, layihə haqqında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, bu sazişin nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir. Odur ki, bu haqda geniş danışmağa ehtiyac yoxdur.

Vitse-spikerin çıxışından sonra qanun layihəsi dəstəklənib.

Qeyd edək ki, sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirirək müdafiə sənayesi sahəsində əməkdaşlığı həyata keçirməkdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm