Ziyafət Əsgərov Ziyad Səmədzadədən İZAHAT TƏLƏB ETDİ
Bizi izləyin

Nida Xəbər

Ziyafət Əsgərov Ziyad Səmədzadədən İZAHAT TƏLƏB ETDİ

Bu anlaşılmazlıq həll edilməsə, “Standartlaşdırma haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında olacaq.

Publika.az bildirir ki, bu fikri Milli Məclisdə “Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı vitse-spiker Ziyafət Əsgərov səsləndirib.

Vitse-spiker qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var:

“Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə, qanun layihəsinin tətbiqi şübhə altında qalacaq”.

Spiker Oqtay Əsədov isə bəyan etdi ki, qanunun müzakirəsi zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir: “Qanun birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır. Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu göstərdi”.

Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib:

“Ziyafət müəllimin bəhs etdiyi qanunun 4.2.8-ci maddəsində də isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib”.

Komitə sədri əlavə edib ki, qanun dövlətin istehsalata deyil, bazarı tənzimləməsini əsas götürür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm