Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı tələbələr Tbilisidə Xocalı soyqırımı ilə əlaqədar aksiya keçiriblər

Gürcüstanın paytaxtı Tiflis şəhərinin mərkəzində “Xocalıya ədalət” aksiyası keçirilib.

APA-nın məlumatına görə, aksiya Rustaveli metro stansiyası yaxınlığında başlayıb.

“Borçalı İrəli” İctimai Birliyi, "Azərbaycanın dostları klubu" və Gürcüstanın Azərbaycanlı Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib. Təşkilat rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı soyqırımı barədə Gürcüstan ictimaiyyətini məlumatlandırmaqdır.

Əllərində gürcü və ingilis dilində “Xocalıya ədalət” şüarının yazıldığı plakatlar, Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına qədər yürüş edib. Yürüş boyu şəhər sakinlərinə və xarici qonaqlara Xocalı soyqırımı barədə məlumatların əks olunduğu gürcü və ingilis dillərində bukletlər paylanılıb.
Aksiyaya parlament binasının qarşısında “Xocalıya ədalət”, "Qarabağa ədalət", "Abxaziya və Cənubi Osetiyaya ədalət" şüarları ilə yekun vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm