Yəhudilər "Ana harayı" abidəsini ziyarət etdi - - FOTO
Bizi izləyin

Nida Xəbər

Yəhudilər "Ana harayı" abidəsini ziyarət etdi - - FOTO

Fevralın 25-də Azərbaycandakı Yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

Publika.az xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmaların adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib: “Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahsız azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm