“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi”
Bizi izləyin

Nida Xəbər

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi”

Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tərəfindən “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək.

Publika.az-a Tarix İnstitutundan verilən məlumata görə, konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Tədbirdə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımları”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici siyasəti: oxşar məqamlar”, “Şimali Azərbaycan və türk xalqları yaşayan digər ərazilərdə çarizmə qarşı azadlıq mübarizəsi”, “Azərbaycan SSR və digər müttəfiq respublikalarda sovet rejiminə qarşı azadlıq mübarizəsi. Mühacirət”, “Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur” mövzularında bölmələr üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq.

Tezisləri aprelin 15-dək təşkilat komitəsinə göndərmək lazımdır. Tezislərin elektron variantı [email protected] ünvanına göndərilməlidir.

Konfrans haqqında ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm