MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq
Bizi izləyin

Nida Xəbər

MSK: Prezidentliyə namizədlərə həftədə 6 saat vaxt ayrılacaq

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 2018-ci ilin aprelin 11-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə komissiyanın yaradılması və püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində ümumilikdə 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

İclasda qərar verilib ki, püşkatma mərasimi Komissiyanın 19 mart 2018-ci il tarixli iclasında keçirilsin. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm