Azərbaycan-Xorvatiya Birgə Komissiyasının tərkibində dəyişiklik edildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan-Xorvatiya Birgə Komissiyasının tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Xorvatiya hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, komissiyanın tərkibi aşağıdakı şəkildə təsdiq edilib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Xorvatiya tərəfinə bildiriş göndərmək tapşırığı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm