Azərbaycandakı rusiyalılar da səs verirlər - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycandakı rusiyalılar da səs verirlər - FOTO

Rusiyada keçirilən prezident seçkiləri ilə əlaqədar olaraq Rusiyanın Azərbaycandakı səfirliyində də 8017 saylı seçki məntəqəsi yaradılıb.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, səsvermə fəal şəkildə davam edir. İndiyədək 600 nəfərdən artıq Rusiya vətəndaşı səfirlikdəki seçki məntəqəsində səs verib.

Bu gün səhər saat 8.00-da açılmış seçki məntəqəsi saat 20.00-da qapanacaq.

2018 prezident kampaniyası zamanı federal seçkilərdə ilk dəfə yeni səsvermə mexanizmi vətəndaşların faktiki olduğu yer üzrə tətbiq olunur. Olduğu yer üzrə 5,5 milyondan çox rusiyalı səs verəcək.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddialıdır. Onlar Vladimir Putin, Kseniya Sobçak, Pavel Qrudinin, Vladimir Jirinovski, Qriqori Yavlinski, Boris Titov, Sergey Baburin və Maksim Suraykindir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm