Nuşirəvan Məhərrəmli onlardan XAHİŞ ETDİ
Bizi izləyin

Nida Xəbər

Nuşirəvan Məhərrəmli onlardan XAHİŞ ETDİ

“Bəzən seçki ərəfəsində təbliğat üçün namizədlərin telekanallara ödədikləri vəsait, mal və xidmətlərin reklamı zamanı ödənilən vəsaitdən az olur. Telekanal rəhbərləri də çox zaman bundan şikayətlənirlər”.

Publika.az bildirir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Seçkilərdə KİV-in rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

MTRŞ sədri ödənişli təbliğat üçün heç bir problem olmadığını deyib:

“Lakin bu təbliğat reklam qanunvericiliyinə uyğun olmalıdır. Telekanallar namizədlərdən birinin ölkə prezidenti olmasını nəzərə almalıdır. Hər bir telekanal Prezidentin fəaliyyətini işıqlandırarkən onun namizəd olduğunu nəzərə alaraq xüsusi həssaslıq göstərməlidir. Onu da qeyd edim ki, təbliğat zamanı efirdə xüsusi işarələr olacaq. Telekanala rəhbərlərindən təbliğat məsələsinə xüsusi həssaslıq göstərmələrini xahiş edirəm”.

N.Məhərrəmli onu da vurğulayıb ki, Milli Televiziya və Radio Şurasına hər hansı namizəd tərəfindən şikayət daxil olmayıb.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm