Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək - ƏFLATUN AMAŞOV
Bizi izləyin

Nida Xəbər

Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək - ƏFLATUN AMAŞOV

“Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar olaraq KİV-lərin monitorinqi həyata keçirilir. Həmin monitorinq beynəlxalq təşkilatların müəyyən etdiyi qayda və prinsiplər əsasında aparılmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri” mövzusunda keçirilən tədbirdə dilə gətirib.

O bildirib ki, monitorinq zamanı namizədlərlə bağlı məlumatların jurnalistlərin peşə davranış qaydaları ilə nə dərəcədə uyğun olmasına da diqqət ediləcək:

“Əvvəlki seçkilərdə olduğu kimi, aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları “qaynar xətt” kimi fəaliyyət göstərəcək. Ortaya çıxacaq hər hansı məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası, habelə digər əlaqədar qurumlarla əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq”.

Ə.Amaşov hazırda 15 qəzet, 10 informasiya agentliyinin monitorinqinin aparıldığını vurğulayıb.

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm