Nida Xəbər
Bakı müharibəyə hazırlaşır: Azərbaycandakı silahlar nəinki Ermənistan, heç Rusiyada...
Rusiya Cənubi Hərbi Dairəsinin Ermənistan və Cənubi Osetiyada keçirdiyi hərbi təlimlər Azərbaycanın hərbi təlimi ilə bağlı ola bilər.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Kavkaz uzel" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
"Təlim plana uyğun olaraq aparılır, amma biz Qarabağda hərbi konflikti də istisna edə bilmərik. Heç kim konfliktə diqqət etmir. Azərbaycanın hərbi təlimi hərbi fəaliyyətlərə birbaşa hazırlıq xarakteri daşıyır" - deyə o bildirib.
Felgenhauer həmçinin Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatla başlaya biləcəyini də söyləyib. O, dünya ictimaiyyətinin böyük müharibəyə səbəb ola biləcək konflikti görməzdən gəldiyini bildirib:
"Qarabağdakı konflikti unutmaq tendensiyası mövcuddur. Belə ki, böyük güclər burada birbaşa iştirak etmirlər".
Ekspert həmçinin Azərbaycanın mütəmadi olaraq təkcə Rusiyadan yox, həm də İsrail və Türkiyədən də silah aldığını bildirib:
"Azərbaycanın aldığı İsrail silahları arasında səyyar atəş sistemləri, zərbə endirən pilotsuz uçan aparatlar, “Spayk” tank əleyhinə raket sistemləri var. Bu, müasir, effektiv tank əleyhinə sistemlərin üçüncü nəslinə aiddir və Amerikanın “Javelin” sistemlərinin bənzəridir. Belə bir silah təkcə Ermənistanda deyil, həm də Rusiyada da yoxdur. Azərbaycan silahlanmasına böyük pullar xərcləyir".
Qeyd edək ki, martın 12-də Azərbaycan ordusu genişmiqyaslı hərbi təlim keçirib. Təlimdə 25 min hərbçi iştirak edib. Təlimə raket-artilleriya qüvvələri və aviasiya da cəlb edilib. Bəzi hərbi ekspertlər təlimdə yeni silahların sınaqdan keçirildiyini bildiriblər.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA