Nida Xəbər
Zakir Həsənov cəbhə xəttində - FOTO/VİDEO
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Novruz bayramı münasibətilə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Publika.az xəbər verir ki, müdafiə naziri
general-polkovnik Zakir Həsənov əsgər valideynləri, müharibə və
əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə
görüşərək Azərbaycan Respublikasının Prezidentinin tapşırığına
əsasən Orduda həyata keçirilən islahatlar, şəxsi heyətin
sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər,
yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə
onlara məlumat verib, qonaqları maraqlandıran suallarla bağlı
fikirlərini bölüşüb.
Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı
münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara
uğurlar diləyib.
Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı
ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış
məşqlərinin keçirilməsi üçün “Atəş şəhərciyi”nin açılışı olub.
Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin
silahlanmasına yeni daxil edilən döyüş texnikalarına baxış keçirib,
onların texniki vəziyyəti və imkanları ilə maraqlanıb.
Daha sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə
birlikdə bayram süfrəsi arxasında nahar edib.
Hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə iştirak edən
valideynlər şəxsi heyət üçün yaradılan şəraitdən məmnun
qaldıqlarını bildirib, Dövlət Başçısına göstərdiyi diqqət və
qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək