Ermənistan ordusu Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir
Bizi izləyin

Nida Xəbər

Ermənistan ordusu Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri davam etdirir.

Publika.az xəbər verir ki, hərbi təlimlər qoşunların təmas xəttinə yaxın, Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi və Uzundərə adlanan ərazisində müşahidə olunur. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə partlayış səsləri və iriçaplı silahlardan açılan atəş səsi eşidilməkdədir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm