Nida Xəbər
Ermənistan silahlı bölmələri atəşkəsi 101 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 101 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Könül
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?