AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri seçkiləri müşahidə edəcək
Bizi izləyin

Nida Xəbər

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri seçkiləri müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

AŞPA-dan Publika.az-a verilən məlumta görə, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm