Nida Xəbər
BMT-də “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edildi
BMT-nin İnsan Hüquqları Şurasının martın 22-də Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən
Publika.az-a verilən məlumata görə, bu qətnamə
dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı
İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri
təşkilatın İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın
təşəbbüsü ilə qəbul edilmiş ilk sənəddir.
Bildirilib ki, qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin
korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən biri
hesab edilən “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət
xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması”
prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.
Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər
və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan
hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə
uğurlu modellər təsis etmiş BMT-nin üzv ölkələri öz təcrübələrini
digərləri ilə bölüşməyə dəvət olunur.
Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli, səmərəli və
vətəndaşların ehtiyaclarına adekvat şəkildə çatdırılmasının insan
hüquqlarının müdafiəsində və korrupsiyanın qarşısının alınmasında
oynadığı mühüm rolu qeyd edən qətnamə, dövlət xidmətlərinin
göstərildiyi əsas mərkəzlərdən uzaqda məskunlaşmış vətəndaşların bu
xidmətlərə əlçatanlığının artırılması məqsədilə mobil xidmət
mərkəzlərindən və elektron tətbiqlərdən istifadənin əhəmiyyətini
vurğulayır.
Qətnamə, həmçinin 2015-ci ildə “ASAN xidmət”in təltif edildiyi
“BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin
göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit
edir, BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq
sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və
mükafatlandırmağa davam etməyə çağırır.
Nazirlikdən verilən məlumatda qeyd edilir ki, ölkəmiz tərəfindən
irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi
qruplaşmalarını təmsil edən 87 dövlət həmmüəllif qismində qoşulub.
Bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən
digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bu
amil “ASAN xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil
olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya
qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara
beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş
etdirilən dəstəyin bariz göstəricisidir.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama