Seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq
Bizi izləyin

Nida Xəbər

Seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq

Bu gün Azərbaycanda tam ictimai siyasi sabitlik mövcuddur. Ölkəmiz təkcə Cənubi Qafqazda və MDB məkənında deyil, dünyada aparıcı bir mövqeyə sahibdir. Heç şübhəsiz belə bir sabitliyin olduğu ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin ən yüksək səviyyədə keçirilməsi mümkündür.

Bunu sechki-2018.az saytına açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai siyasi vəziyyət artıq illərdir bir çox ölkələrə nümunə ola biləcək səviyyədə sabitdir: "Əgər belə olmasaydı mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının Azərbaycanda keçirilməsi mümkün olmazdı.

Azərbaycanın dünyada təkcə mötəbər yarışların keçirildiyi məkan kimi tanınmadığını bildirən F.Yusifov deyib: “Əgər dünyanın ən böyük güc sahibi olan dövlətlərinin xarici işlər nazirləri, ordu generalları aralarındakı mübahisəli məsələlərin müzakirəsi üçün ardıcıl olaraq məhz Azərbaycanı – onun paytaxtı Bakını seçirlərsə, bu ölkəmizdəki sabitlik – təhlükəsizlik durumuna verilən yüksək qiymətdir”.

“Ekonomiks” rəhbəri deyib ki, Ermənistan istisna olunmaqla bütün digər qonşu ölkələr və böyük güc sahibi olan dövlətlər Azərbaycanda ictimai siyasi sabitliyin belə yüksək səviyyədə olmasına böyük önəm verirlər: "Bu sabitliyin region üçün nə dərəcədə əhəmiyyətli olduğunu ortaya qoyan əsas məsələlərdən biri Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan transmilli layihələrdə region ölkələrinin iştirakı və onların bu layihələrdən əldə etdikləri iqtisadi dvidentlərdir. Belə olan halda təbii ki, Azərbaycanda keçirilən seçkilər həmin dövlətlərin hər birinin diqqət mərkəzindədir və onlar bu seçkilərdə xalqın aydın gələcəyə səs verəcəyinə inanırlar”.

Professor F.Yusifov əlavə edib ki, prezident seçkilərindən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm