İlham Əliyev ailə üzvləri ilə İŞ OTAĞINDA - FOTO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev ailə üzvləri ilə İŞ OTAĞINDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə xatirə fotoları çəkdirib.

Publika.az xəbər verir ki, inauqurasiya mərasimindən sonra prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanına yollanıb. Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Həmçinin Prezident İlham Əliyev və ailə üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bundan sonra Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında olublar.

Mərasimdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqramda ailə üzvlərinin şəkillərini paylaşıb. Prezidentin iş otağında çəkilən şəkillər marağa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm