"İlk fərmanlardan birinin şəhidlərlə bağlı olması prezidentin diqqətindən xəbər verir" - EKSPERT
Bizi izləyin

Nida Xəbər

"İlk fərmanlardan birinin şəhidlərlə bağlı olması prezidentin diqqətindən xəbər verir" - EKSPERT

“Böyük Vətən Müharibəsi veteranları, "20 Yanvar" şəhidlərinin ailələrinə mənzillər verilir və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər görülür”.

Bu sözləri Publika.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmana münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə şəhid ailələrinə xüsusi qayğı ilə yanaşılır:

“Onların ailə üzvlərinin soail problemlərinin həll olunması, rifahının yaxşılaşdırıması məqsədilə bir sıra tədbirlər görülür. Şəhidlərin adının ədbədiləşdirilməsi istiqamətində paytaxt ərazisində onların adını daşıyan küçələr, bağçalar, prospektlər salınır. Milli Qəhrəmanlarımızla bağlı çoxsaylı tədbirlər keçirilir. Bir məsələ 1997-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşən şəxslərin ailələrinə sığorta pullarının verilməsi məsələsində yubanma olmuşdu. Xüsusilə, 92-93-cü illərdə ölkəmiz kifayət qədər şəhid verib. Onların ailələrinə ayrılan sosial yardımlar müəyyən məsələlərdən dolayı bir qədər yubadılmışdı. Bu məsələ daim gündəmdə olub. Çox sevindirici haldır ki, prezident İlham Əliyev yenidən ölkə başçısı seçildikdən sonra ilk fərmanını məhz bu kateqoriya üzərindən imzaladı. Bu onu göstərir ki, İlham Əliyev şəhid və itkin düşmüş hərbiçilərin ailələrini daim diqqət mərkəzində saxlayır. Onları yaşayış evləri ilə təmin edir. Əlamətdar günlərdə prezidentimiz hərbi hissələrdə olur və bayram günlərini əsgərlərlə birlikdə keçirərək dim onları nəzərində saxladığını çatdırır”.

Ekspert qeyd etdi ki, ölkədə gənc nəslin vətənpərvərlik mövzusunda yetişdirilməsində bütün bu proseslərin mühüm rolu var:

“Xüsusilə son 10 ildə şəhid ailələrinə olan qayğı və diqqqət daha da artırılıb. Aprel hadisələrində ordumuzun şəhid oğullarının dəfn olunması necə izdihamla keçdi. Milli Qəhrəmanımız Mübariz İbrahimovun dəfnində birbaşa İlham Əliyevin şəxsən iştirak etməsi təqdirəlayiq haldır. Prezidentin döyüşlərdə yaralanan hərbiçilərə, əsgərlərə Mərkəzi Hospitalda tək-tək baş çəkib vəziyyətləri ilə maraqlanması da onun Azərbaycan xalqını nə qədər düşündüyünün göstəricisidir. Bu kateqoriyadan olan insanların sayına görə Azərbayacn birinci yerdədir. Belə ki, Azərbaycan əhalisin sayına görə, bu qədər imtiyazlı vətəndaşı olan yeganə ölkədir. Bizim sovet dövründən qalan (Böyük Vətən Müharibəsi veteranları) imtiyazlı şəxslərimizdə var ki, onların sığortaları, təhsil haqları, sosial yardımları - bütün bunların hamısı dövlət tərəfindən qarşılanır. Əlilliyi olan şəxslərin də əlil arabaları və digər zəruri vasitələrlə təmin edilməsinə yardım göstərilir. Çox sevinirik ki, bu sahədə fərman imzalandı və prezident İlham Əliyevə dərin təşəkkürlərimizi bildiririk”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm