"İnsanların beynində taliban təfəkkürü əkmək siyasi mübarizə sayıla bilməz" - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

"İnsanların beynində taliban təfəkkürü əkmək siyasi mübarizə sayıla bilməz" - DEPUTAT

"Azərbaycan cəmiyyətində xüsusilə son aylarda xaricdən yönləndirilən siyasi məkanı deyil, yutub kanalı vasitəsilə bir sıra qüvvələrlə birləşib fəaliyyət göstərənlər ictimaiyyət tərəfindən yüz minlərlə tərəfdaş qazansaydılar, meydanlarda biz onu görərdik".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc sözlərinə belə davam edib:

“Məsul stadionunda sadəcə söz istehsal etməyin heç kimə faydası yoxdur. Onlar əsl millət quruculuğundan kənardadırlar. Əlbəttə, bütün vətəndaşların qayğısı dövlətin üzərindədir. Lakin bu vaxta qədər həmin qüvvələr bir əlil üçün beynəlxalq layihə həyata keçirilməsi və onun reabilitasiyasının təmin edilməsi ilə bağlı bir dəfə də olsun addım atmayıblar. Bəyanat istehsalından asan janr var? Bir ehtiyaclının köməyinə çatmaq lazım olanda, xalqın yanında olmaq onlara yad hissdir. Ancaq ekranı qarşılarına qoyub, bununla siyasi fəaliyyət apardıqlarını düşünürlər. Onun da nəticələrini yaşayırlar”.

Z.Oruc onu da vurğulayıb ki, ölkə xaricində yaşanan müxtəlif gərginliklərə görə hər bir dövlət özünün təhlükəsizliyini, toxunulmazlığını, xarici müdaxilələrin neytrallaşdırılmasını təmin etmək naminə müxtəlif siyasi qərarlar ala, siyasi təqvimdə dəyişiklik edə bilər:

"Bu hakimiyyətlərin müstəsna səlahiyyətidir, konstitusiya da bu hüquqları tanıyır. Təəssüflər olsun ki, ölkəmizdə həmin təqvimə, ölkənin təhlükəsizlik anlayışına, ictimai mənafelərə qarşı duran qüvvələr var. Onlar bir küncə çəkilib, İŞİD təfəkküründə olan, bütün məsələləri qara rəngdə görən, az qala silahlanmağa hazır olan, bütün məntiqin əleyhinə fəaliyyət göstərən marginal qüvvələrdir. Onların mübarizəsi ölkənin keçdiyi yola obyektiv dəyər verilməsindən başlamalı idi. Ulu öndər Heydər Əliyev tərəfindən çox çətin bir şəraitdə dövləti qurulması, regional əlaqələrin yaradılması, beynəlxalq əlaqələrin formalaşdırılması kimi işlər Corc Vaşinqton, Mustafa Kamal Atatürkün dövlətləri üçün etdikləri ilə eynidir. Lakin həmin qüvvələr bunu qəbul etmir. İnsanların beynində bolşevizm, siyasi eksterimizm, taliban təfəkkürü əkəcəklərsə, hakimiyyətin bütün addımlarını tanımazlıqdan gələcəklərsə, bu, siyasi mübarizə sayıla bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm