Nida Xəbər
Türkiyədən Ermənistanı İFŞA EDƏN BƏYANAT: Ağcabədi rayonunun...
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb.
Publika.az xəbər verir ki, bəyanatda Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayət olduğu bildirilir. Qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. İrəvanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır.
Federasiyanın bəyanatında, həmçinin qeyd edilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla əlləri dinc insanların qanına batmış erməni terrorçuları yenə də cinayətkar fəaliyyətlərini davam etdirir. Türkiyədə yaşayan bütün soydaşlarımız düşmənin bu təxribatçı və cinayətkar əməlini kəskin şəkildə pisləyir.
Xatırladaq ki, aprel 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri olan Yuxarı Qiyaməddinli kəndini Ermənistan silahlı birləşmələri 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Lakin düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıb. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR