Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı MERİYADAN AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Hacıbala Abutalıbovun İSTEFASI ilə bağlı MERİYADAN AÇIQLAMA - (YENİLƏNDİ)

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Feysbuk hesabında Hacıbala Abutalıbovun baş nazir müavini seçiləcəyini bildirib.

“Bakımıza böyük itki. Hacıbala müəllim yeni baş nazirə müavin gedir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Novruz Məmmədov 113 deputatın dəstəyi ilə Azərbaycanın yeni baş naziri postuna seçilib.

***

Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?

Bu sözləri Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.

Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:

“Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.

Qeyd edək ki, ötən gün Hacıbala Abutalıbovun istefa verdiyi haqda məlumat yayılıb. İddia olunurdu ki, H.Abutalıbov bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi üçün postundan ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm