“Novruz Məmmədovun Baş nazir təyin edilməsi gələcək iqtisadi strategiyaya hesablanıb”
Bizi izləyin

Nida Xəbər

“Novruz Məmmədovun Baş nazir təyin edilməsi gələcək iqtisadi strategiyaya hesablanıb”

“Novruz Məmmədovun Baş nazir təyin edilməsi yerində verilmiş qərardır”.

Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi strategiyası Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilir və bu strategiya özünü doğruldub.

“Novruz Məmmədovun Baş nazir postuna təyin edilməsi də təsadüfi deyil. Çünki Azərbaycanın iqtisadi strategiyası artıq beynəlxalq status əldə edir. Avropa və Asiya ölkələri ilə iqtisadi əlaqələr artır. Azərbaycanın müəllifi olduğu transmilli layihələr beynəlxalq səviyyəyə yüksəlib. Novruz Məmmədov da uzun müddət beynəlxalq münasibətlər sahəsində çalışmış, bu sahəni dərindən bilən rəhbər şəxslərdəndir. Bu baxımdan, onun bu posta təyin olunması Azərbaycanın gələcək iqtisadi strategiyasına hesablanıb. Bu yerində və doğru verilmiş qərardır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm