Yeni Baş nazir təyinatında 4 MÜHÜM FAKTOR – Niyə Məmmədov?
Bizi izləyin

Nida Xəbər

Yeni Baş nazir təyinatında 4 MÜHÜM FAKTOR – Niyə Məmmədov?

“Novruz Məmmədovun Baş nazir təyin edilməsi ilk baxışdan gözlənilməz görünə bilər. Çünki bizdə adətən hökumətin başçısının profili iqtisadiyyat olur. Məmmədov daha əvvəl bu sferada çalışmayıb. Lakin dərindən düşünəndə bu təyinatın bir sıra uğurlu səbəbi var”.

Publika.az
xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov deyib.



R. Musabəyov yeni baş nazir təyinatında 4 amili vurğulayıb.

“Birincisi, daha əvvəl Məmmədov hakimiyyətin ən yüksək eşalonunda uzun müddət işləyib və etibarlı şəxsdir.
İkincisi, Novruz Məmmədovun adı hansısa intriqalara qarışmayıb, özündən razı deyil, özünü qabağa verməyə meylli deyil. Sözsüz ki, təyinat zamanı bu məsələlər diqqətə alınıb.
Üçüncüsü, Novruz Məmmədovun şəxsi keyfiyyətləri yüksəkdir: təmkinlidir, dinləmək bacarığı var, həmçinin, vəzifəsinə məsuliyyətlə yanaşır. Qüvvədə olan Konstitusiyaya görə, icra hakimiyyəti bütövlükdə Prezidentin əlində cəmləmir, strateji xətt və əsas qərarlar Administrasiyada müəyyən olunur. Baş nazir və hökumət aparatı daha çox problemlərin aradan qaldırılması və tapşırıqların icra olunması işini həyata keçirir. Bu baxımdan, Novruz Məmmədovun diplomatik təcrübəsi qərarların lazımi anda və dəqiqliklə yerinə yetirilməsində əhəmiyyətli faktor olacaq.
Dördüncüsü, Dağlıq Qarabağ məsələsidir. Mümkündür ki, Məmmədov Ermənistanda baş nazir seçilən Sarkisyanla Qarabağ məsələsi üzrə danışıqlar aparacaq”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm