Nida Xəbər
"Quska"nın həbs xəbəri TƏSDİQLƏNDİ - (YENİLƏNDİ)
Axar.az-ın hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, hazırda Hüseyn Abdullayev Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentində sorğulanır.
***
Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
***
Türkiyədə tutularaq Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayev “İnterpol” xətti ilə saxlanılıb.
Lent.az-ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, Hüseyn Abdullayev Türkiyədə “İnterpol” vasitəsilə saxlanılıb və Azərbaycan DİN və Baş Prokurorluq əməkdaşlarına təhvil verilib. Bakıya gətirilən H.Abdullayev hazırda Baş Prokurorluqda ifadə verir.
Qeyd edək ki, H.Abdullayev barəsində Azərbaycan CM-nin 213.2.2 maddəsi üzrə (Külli miqdarda vergidən yayınma) cinayət işi qaldırılıb. O, uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub və H.Abdullayev DİN tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. Daha sonra bununla bağlı “İnterpol”un səhifəsində məlumat yerləşdirilib.
***
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.
Bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA