Sarkisyan istefa verdi, Bakı hərəkətə keçdi: Ermənistanın yeganə çıxış yolu...
Bizi izləyin

Nida Xəbər

Sarkisyan istefa verdi, Bakı hərəkətə keçdi: Ermənistanın yeganə çıxış yolu...

“Azərbaycan Xocalı soyqırımını törədən Serj Sarkisyan və ətrafının, hətta keçmiş prezident Robert Koçaryanın ədalət qarşısına çıxarılması üçün hər şey edəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Xocalıdan seçilən millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov qeyd edib ki, Sarkisyanın istefa verməsi bu prosesi asanlaşdıra bilər: “Serj Sarkisyan, Robert Koçaryan və Ermənistan hakimiyyətində təmsil olunanların bir çoxu Xocalıda və digər yerlərdə azərbaycanlılara qarşı soyqırımı törədib. Onlar cinayətkarlardır. Özləri beynəlxalq təşkilatlar qarşısında azərbaycanlılara qarşı törətdikləri əməlləri etiraf ediblər. Azərbaycanın müvafiq orqanlarında bu şəxslərin cinayətləri ilə bağlı yetərli faktlar mövcuddur. Xocalı soyqırımının şahidləri və əsirlikdən qayıdanların ifadəsi var. Bu materialların hamısı Azərbaycanın hüququ-mühafizə orqanlarının əlindədir. Dəfələrlə bu məsələni beynəlxalq qurumların qarşısında qaldırmışıq. İcraata götürmürdülər, ola bilsin, Sarkisyanın istefasından sonra onun toxunulmazlığı aradan qalxdığına görə icraata götürülsün. Azərbaycan tərəfi hərəkətə keçərək, bu cinayətkarların məsuliyyətə cəlb edilməsi prosesini sürətləndirəcək. Bununla bağlı həm də hüquqi baza mövcuddur”.



E. Məmmədov qeyd edib ki, erməni xalqı cinayətkar Sarkisyanı istefaya göndərdi.

“Ümid edirik ki, Ermənistanda daha ağıllı şəxs baş nazir olacaq və anlayacaq ki, Ermənistan və ermənilərin yaşamaq üçün yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğalına son qoymaq, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti saxlamaqdır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm