Nida Xəbər
Daha 3 deputat mandatdan məhrum ediləcək
Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun deputat mandatına xitam veriləcək.
M.Babayev, V.Hüseynov, F.Muradovun deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt ücüncü seçki dairəsindən Milli Məclisə deputat seçilən Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Vüsal Hüseynov dövlət miqrasiya xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən Fuad Muradov diasporla iş üzrə dövlət komitəsinin sədri təyin edilib. Prezidentin aprelin 21-də imzaladığı sərəncama əsasən isə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
Xatırladaq ki, ötən il Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına xitam verilib. Deputat Astan Şahverdiyev isə vəfat edib. Beləliklə, deputatların sayı 119-a enib. (Report)
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR