Ramiz Mehdiyev Komitə sədrini kollektivə təqdim etdi
Bizi izləyin

Nida Xəbər

Ramiz Mehdiyev Komitə sədrini kollektivə təqdim etdi

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunmuş Samir Nuriyevi kollektivə təqdim edib.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

Məlumata görə, təqdimat mərasimində çıxış edən S.Nuriyev işçilərə bundan sonra daha yaxşı işləməyi, peşəkar şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib.

Qeyd edək ki, S.Nuriyev bu vəzifəyə ölkə prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə təyin edilib. O, bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu il fevralın 18-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm