Ombudsman: “Bu məsələ problemi daha da ağırlaşdırdı”
Bizi izləyin

Nida Xəbər

Ombudsman: “Bu məsələ problemi daha da ağırlaşdırdı”

“Ötən il dövlət vətəndaş münasibətlərinin möhkəmlənməsi, korrupsiyaya imkan verən halların aradan qaldırılmasına imkan yaradılıb. 221 min yeni, 177 min daimi iş yeri açılıb. Bununla da işsizlik 5 faizə, yoxsulluq 5.4 faizə enib”.

Publika.az-ın məlumatına görə, bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisin plenar iclasında hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

Ombudsman illərdir aliment fondunun yaradılmamasının yaratdığı problemlərdən də danışıb:

“Fəaliyyətim dövründə əhalinin problemləri ilə bağlı 600-dən çox müraciət olub, onların yarısı həllini tapıb. Pozulmuş hüquqların bərpası istiqamətində dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurulub. Əvvəlki illə müqayisədə yalnız müraciətlərin sayında deyil, formasında da dəyişiklik müşahidə edilib.

Məhkəmə qərarlarından narazılıq, iştirakçılara qarşı süründürməçilik halları narazılıqla bağlı da Ombudsman sturukturuna müraciətlər olub. Bəzən məhkəmə qərarının vaxtında göndərilməməsi həmin şəxsləri təkrar məhkəməyə müraciət hüququndan məhrum edib. Aliment üzrə cərimə və ya inzibati cəza məsələsi də problemi həll etmədi, əksinə daha da ağırlaşdırdı. Çünki polis tərəfindən saxlanılan şəxsin aliment ödəmə imkanı daha da məhdudlaşdırılıb. Alimentin ödənilməsinə dəstək məqsədilə Aliment fondu və ya başqa səmərəli mexanizm tətbiq edilə bilər. Aliment fondu məsələsi illərdir həllini tapmadığından başqa bir üsulun tətbiqi səmərəli ola bilər”.

E.Süleymanova 65 yaşını tamamlayan və işləmək qabiliyyəti olan şəxslərə əlavə bir il iş imkanın yaradılması məsələsinə yenidən baxılmasını da təklif edib:

“Hesab edirəm ki, bir il azdır. Ona görə də ilk mərhələdə bu iki il ola bilər. Daha sonrakı mərhələdə ehtiyac olarsa, müddət bir il artırıla bilər”.

Ombudsman bildirib ki, bir sıra sahələrdə olduğu kimi, işğaldan azad edilən ərazilərdə də canlanma müşahidə olunub:

“Bu gün Cocuq Mərcanlıda həyat dəyişib. Bir neçə il əvvəl orada müharibə şəraiti var idi, hər yer dağılmışdı, hazırda orada qaynar həyat var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm