Nida Xəbər
İrəvan qarışdı, Qarabağda yeni taktika İŞƏ SALINIR - Ankaradan Bakıya MÜHÜM TƏKLİF
“Ermənistanda baş verən etiraz aksiyaları gözlənilən
hadisələr idi. Ermənistan bölgədə bir layihə dövlətidir və bu gün
bu ölkəni kim idarə edirsə, onun müəyyənləşdirdiyi istiqamətdə
hərəkət edir. Serj Sarkisyan iqtidarda qala bilmək üçün
konstitusiyanı dəyişdirdi və sərt etirazla qarşılandı, nəticədə o
istefa verməyə məcbur oldu”.
Bu barədə Publika.az-a açıqlamasında Ankarada
fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Ermənistanda
Sarkisyanın istefası ilə nəticələnən hadisələri şərh edərkən
deyib.
H.Oktayın fikrincə, Sarkisyanın istefası Ermənistana beynəlxalq
müdaxilənin də qarşısını aldı: “Çünki Ukrayna böhranından sonra
Ermənistanda da belə bir xalq hərəkatı gözləmək mümkün idi.
KAFKASSAM mərkəzi zaman-zaman Ermənistanda belə bir etirazların ola
biləcəyini deyirdi. Bunun iki ana səbəbi var: birincisi,
Ermənistanda iqtisadi-sosial vəziyyət, ikincisi isə, ABŞ-la
Rusiyanın birbaşa cəbhə döyüşünə girməkdənsə, bu cür müstəvilərdə
bir-birinə qarşı mübarizə aparmaq istəyidir. Son on ildə
Ermənistanda iqtisadi vəziyyətə görə müxtəlif çaplı aksiyalar
keçirilib. İndi amerikapərəst olduğu iddia edilən küçə hərəkatını
görən Serj Sarkisyan istefa etməklə xalq hərəkatının qarşısını
almağa çalışdı. Lakin erməni xalqı bu prosesi ağıllı şəkildə
dəyərləndirə bilsə, ABŞ-Rusiya qarşıdurmasının bir parçası yox, öz
potensialından istifadə edərək, Ermənistanda sağlam bir gələcək
inşa edə bilər. Bu, baş verməsə, Ukraynada olduğu kimi,
Ermənistanda da böyük qarışıqlı gözləniləndir”.
Türkiyəli politoloq hesab edir ki, Azərbaycan Ermənistandakı
hadisələri yaxından təqib etməli, lazım olarsa, müharibə kartını
irəli sürməlidir.
“Əgər bu aksiyaların arxasında Amerika varsa və Ermənistanda
iqtidara amerikapərəst qüvvələr gələrsə, Azərbaycan Rusiya ilə
anlaşaraq, işğal altındakı torpaqları azad etmək fürsətindən
yararlanmalıdır. Ermənistandakı hadisələrin bir neçə ay davam
edəcəyi gözləniləndir. Azərbaycan bu günlərdə çox diqqətli olmalı
və atacağı hər addımın beynəlxalq sistemə uyğun olub-olmayacağına
baxmalıdır. Bununla yanaşı, Azərbaycanda seçkilərin qabağa
salınması və problemsiz başa çatması fonunda Ermənistanda
qarışıqlığın yaranması Bakının əlinə yeni fürsətlə verir”, - deyə
politoloq vurğulayıb.
Asif
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək