Tahir Kərimlidən YENİ TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimlidən YENİ TƏKLİF

“İnsan hüquqları üzrə müvəkkilin gördüyü işləri yüksək dəyərləndirirəm. Təklif edirəm ki, Ombusdman kredit borcları, şəhid ailələri ilə bağlı ayrılan vəsaitlərin ödənişindəki problemlərin həllinə də dəstək olsun”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Tahir Kərimli Ombusdmanın illik hesabatına münasibət bildirərkən deyib:

“Şəhid ailələrinə ödəniləcək vəsaitlər barədə Prezidentin verdiyi sərəncamlar bəzən yerinə yetirilmir. Rayon icra hakimiyyətlərində qeydiyyatdan keçmələrinə baxmayaraq bəzən problemlər həll olmur”.

Millət vəkili bundan sonra bütün qanunvericilik aktlarının əvvəldən insan haqları üzrə müvəkkilə göndərilməsini də təklif edib.

Millət vəkillərinin çıxışından sonra Ombusdmanın illik hesabatı səs qoyularaq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm