Azərbaycanda yeni medal TƏSİS EDİLDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda yeni medal TƏSİS EDİLDİ

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib.

Publika.az-ın xəbərinə görə, bununla bağlı qanun layihəsi barədə məlumat verən Əli Hüseynli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu medalın təsisinin çox önəmli addım olduğunu deyib. Medalın təsviri barədə məlumat verən millət vəkili bunu tamamilə məqsədəuyğun təşəbbüs hesab edib.

Qanun layihəsi səsə qoyulub. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi millət vəkilləri tərəfindən qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm