Milli Məclisdə bayram tədbirləri olacaq - Vitse-spiker AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Milli Məclisdə bayram tədbirləri olacaq - Vitse-spiker AÇIQLADI

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Milli Məclisdə bayram tədbirləri keçiriləcək.

Publika.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin bugünkü iclasında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Z.Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı Milli Məclisin işlər planı təsdiqlənib.

“İyun ayında bayram tədbiri keçiriləcək”.

Vitse-spiker Cümhuriyyətin 100 illik yubiley ərəfəsində Milli Məclisin medalının da təsis edilməsi məsələsinə baxılacağını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm