“Azərbaycan buna imkan verməyəcək” - Qarabağ klanının taleyi NECƏ OLACAQ?
Bizi izləyin

Nida Xəbər

“Azərbaycan buna imkan verməyəcək” - Qarabağ klanının taleyi NECƏ OLACAQ?

“Qarabağ klanının Ermənistandakı hakimiyyətinə son qoyuldu. Klanın yenidən hakimiyyətə gəlməsi çox müşkül görünür”.

Publika.az xəbər verir ki, bunu Ermənistanda keçirilən etiraz aksiyalarının nəticəsində baş nazir Serj Sarkisyanın istefasını şərh edən politoloq Qabil Hüseynli bildirib.

“60-70 min nəfərin içərisindən çıxan biri iki milyon yarım-üç milyonluq Ermənistan əhalisinə qan uddururdu. Həm siyasi, həm də iqtisadi cəhətdən. İndi Qarabağ klanının Ermənistandakı hökmranlığına son qoyuldu. İndi isə ermənilər bu klanı yalnız Qarabağda qorumağa çalışacaqlar. Təbii ki, Azərbaycan buna imkan verməyəcək. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, - o deyib.

Müsahibimizin sözlərinə görə, Ermənistanda prosesin bu şəkildə inkişafına Serj Sarkisyanın siyasəti səbəb olub:

“Sarkisyan Konstitusiya dəyişiklikləri zamanı ən azı dörd dəfə bildirdi ki, bununla özünün hakimiyyətdə qalması üçün yol açmır. Siyasətdən uzaqlaşacağını və heç zaman baş nazir olmayacağını bildirib. Amma, zənnimcə, Rusiyanın təhriki və təminatı ilə baş nazir olmağa qərar verdi. Onun əvvəl verdiyi açıqlamalar Ermənistan xalqını bir qədər rahatlamışdı. Amma onun yalan satması Ermənistan xalqını ayağa qaldırdı. Xalq Sarkisyanı hakimiyyətdən endirməyə qərar verdi”.

Qabil Hüseynli hesab edir ki, Xocalı soyqırımının təşkilatçısı və birbaşa iştirakçısı Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm