Ramiz Mehdiyevdən Nazim İbrahimova SƏRT TƏNQİD: “Bu, səriştəsiz fəaliyyətdən irəli gəlir”
Bizi izləyin

Nida Xəbər

Ramiz Mehdiyevdən Nazim İbrahimova SƏRT TƏNQİD: “Bu, səriştəsiz fəaliyyətdən irəli gəlir”

“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib”.

Bunu “Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.

Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, - deyə akademik Ramiz Mehdiyev vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm