Millət vəkili: "Bu, Serj Sarkisyanın sonunu gətirib çıxardı"
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Bu, Serj Sarkisyanın sonunu gətirib çıxardı"

Ermənistandakı hərbi xunta rejimi xalqın kütləvi etirazları nəticəsində layiq olduğu sonuna çatdı. Erməni xalqı ölkəni öz biznesinə çevirmiş mafioz klandan canını qurtardı. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, Serj Sarkisyanın hakimiyyətə gəlməsi qeyri-qanuni idi. Onun hakimiyyəti əldə saxlaması da qeyri-qanuni və qeyri-demokratik idi. Nəhayət, bu, öz məntiqi sonuna gəlib çatdı. Ermənistanda klanlararası mübarizə, Ermənistan erməniləri ilə Qarabağdan gəlmiş ermənilər arasında hakimiyyət uğrunda qarşıdurma, ölkədəki ağır iqtisadi, maliyyə böhranı, qanunların işləməməsi, erməni xalqının çox ağır səfalətə düçar olması, hüquqlarının pozulması, nəhayət, xalqın etirazlarına səbəb oldu. Xalqın kütləvi şəkildə etirazları Serj Sarkisyanın sonunu gətirib çıxardı.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Ermənistanda isə xalqla iqtidar arasında böyük uçurum mövcuddur. Bu günün Yerevanda cərəyan gərginlik və Bakıda Formula 1 yarışlarına hazırlıq hər iki ölkədə kəskin fərqli mənzərəni aydın göstərir. Tənəzzülün, səfalətin hökm sürdüyü, sabitliyin pozulduğu, iqtisadiyyatın məhv olduğu Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək. Azərbaycan isə sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü, yüksək beynəlxalq nüfuza malik bir ölkədir.

Musa Quliyev deyib: “Yəqin ki, bundan sonra Sarkisyanın aqibəti daha ağır olacaq. Çünki o, törətdiyi cinayətlərə, hətta Ermənistandakı cinayətlərinə görə cavab verəcək, nəhayət, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə görə o, mühakimə olunacaq. Sadəcə bunun zamana ehtiyacı var” (AZƏRTAC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm