Nida Xəbər
Bayraq, himn və gerblə bağlı qanun layihələrinin DETALLARI - (YENİLƏNDİ)
Milli Məclis "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunun layihələrini müzakirəyə çıxarır.
Qanun layihələrinə Milli Məclisin mayın 1-də keçiriləcək plenar
iclasında baxılacaq.
Qanunun bayraqla bağlı hissəsində bildirilib ki, Azərbaycan
Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan
ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq
qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin
uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və
səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir.
Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı
ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli və
sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının
Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli
təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər
kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red
032C rəng koduna, yaşıl rənginin Pantone 362 rəng koduna uyğunluğu
təmin edilir.
Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki
sünbüldən ibarət qövsvari çələngin üzərində yerləşən şərq qalxanı
şəklindədir. Qalxanın üzərində Azərbaycan Respublikasının Dövlət
Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində
alov təsviri var. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl,
sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın
düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.
Azərbaycan Respublikasının Dövlət Gerbi ölçüsündən asılı olmayaraq,
onun bu təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik
təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Dövlət
Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı
zamanı alovun qırmızı rənginin "Panton" rənglər kataloqun Pantone
Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone
7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng
koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin
və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna
uyğunluğu təmin edilir.
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 23-cü
maddəsinin III hissəsinin rəhbər tutaraq qərara alır: Musiqisi
Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan
marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.
(azvision.az)
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR