Heydər Əliyevin ömür yolundan bəhs edən trilogiya macar dilində - - FOTO
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyevin ömür yolundan bəhs edən trilogiya macar dilində - - FOTO

Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasının macar dilində çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirəcək.

Səfirliyin təşəbbüsü ilə tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin ömür yolundan, zəngin siyasi bioqrafiyasından bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasını macar dilinə tərcümə olunur.

Ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsində trilogiyanın ikinci cildi nəfis şəkildə nəşr olunub.

Kitab Macarıstanın əsas kitabxanalarına və kitab fondlarına göndərilib, eləcə də tanınmış ictimai-siyasi xadimlər, parlament üzvləri, mətbuat təmsilçiləri arasında yayılıb.

Səfirlik yaxın günlərdə “Şəxsiyyət və zaman” trilogiyasının çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm