"Bu səfər digər Avropa liderlərini də dövlət başçımızı öz ölkələrində görməyə sövq edəcək"
Bizi izləyin

Nida Xəbər

"Bu səfər digər Avropa liderlərini də dövlət başçımızı öz ölkələrində görməyə sövq edəcək"

"Türkiyədən sonra Prezidentin Böyük Brinatiyaya səfəri ölkəmiz üçün çox ciddi irəliləyişlərə səbəb olacaq. İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək".

Bu sözləri Publika.az-a siyasi analitik Elxan Şahinoğlu Prezident İlham Əliyevin seçkilərindən dərhal sonra Türkiyəyə və Böyük Britaniyaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu səfərlər ölkələr arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin yaxşılaşdırılmasına xidmət edəcək:

"İlham Əliyev prezident seçildikdən sonra ənənəyə uyğun olaraq, ilk xarici səfərini məhz qardaş ölkə Türkiyəyə edib. Aydın məsələdir, Türkiyə bizimlə qardaş ölkə olmaqdan əlavə, regionda ən yaxın müttəfiqimizdir. Lakin burada maraqlı məqamlardan biri ikinci ölkə olaraq Böyük Brinatiyanın seçilməsidir. İstərdim bu seçimə 4 müxtəlif istiqamətdən şərh verim.

Birinci səbəb ondan ibarərdir ki, səfər Azərbaycan-Böyük Britaniya münasibətlərinin xarakterindən irəli gəlir. Hər nə qədər Böyük Britaniya 100 il əvvəl Azərbaycanı müvəqqəti olaraq işğal etmiş olsa da, bu yaddalarımızdan silinməsə də, müstəqilliyimizi qazandıqdan bu günə qədər iki dövlət arasında sıx əlaqələr yaradılıb. Vaşinqtondan rəsmi dəvət gözləmək nə qədər çətin olsa da, London hər zaman Azərbaycan rəsmilərini Böyük Britaniyaya dəvət edib. Bu dəfə də Azərbaycanda prezident seçkisindən dərhal sonra Böyük Britaniyanın baş naziri Tereza Mey İlham Əliyevi Londona dəvət etdi. Azərbaycan prezidenti vaxt itirmədən Ankaranın ardından Londona səfər gerçəkləşdirdi.

İkinci səbəb Böyük Britaniyanın BP şirkətinin Azərbaycandakı çalışmalarıyla bağlıdır. BP şirkəti az qala 25 ilə yaxındır ki, Azərbaycana ən çox sərmayə qoyan şirkətlərdən biridir. Hələ gələcəkdə də bir bu qədər müddət də ölkəmizdə fəaliyyət göstərəcək. İlham Əliyevin Londona budəfəki səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında növbəti saziş imzaladı. Bu da İlham Əliyevin Böyük Britaniyaya səfərini şərtləndirən ikinci mühüm səbəblərdən biri hesab olunur.

İlham Əliyevin Londona səfərinin üçüncü səbəbi isə Böyük Britaniya Avropa İttifaqından çıxıb Londona səfər edən hər rəsmi şəxs köhnə qitədə diqqətlə izlənilir və bunun analizləri hazırlanır. Yəni İlham Əliyevin Londona səfəri başqa Avropa dövlətlərinin digər liderlərini də Azərbaycanın dövlət başçısını öz ölkələrində görməyə sövq edəcək.

Düşünürəm ki, Bakının yürütdüyü xarici siyasətlə əlaqədar olaraq, belə təəssürat yarana bilərdi ki, İlham Əliyev Ankaradan sonra Moskvaya səfər etməli idi. Bəlkə də belə dəvəti Rusiya kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfəri zamanı İlham Əliyevə çatdırıb. Ancaq İlham Əliyev ikinci səfər yeri kimi Böyük Britaniyanı seçməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərdi. Bu da məsələnin dördüncü tərəfidir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm